“Sumqayıt” “Keşlə”yə qalib gəldi

192

Azərbaycan Premyer Liqasında XIV tur başa çatıb.

II dövrənin son matçı Bakıdakı “ASK Arena”da keçirilib.

“Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qonaqlar oyuna erkən qolla başlayıb. Tellur Mütəllimov 3-cü dəqiqədə hesabı açıb.

Bu qol Ayxan Abbasovun yetirmələrinə qalib gəlmək üçün kifayət edib. Artıq ilk yarıda azlıqda qalan paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, səyləri fayda verməyib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər