Almaniyanın “TEXTİMA Export İmport Gmbh” şirkətinin Xəzər regionunda nümayəndəliyinin rəhbəri Ayım Bektemis “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində olub.
Fins.az-ın məlumatına görə, qonağa Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, burada investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, parkın yeraltı və yerüstü infrastrukturunun tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilir ki, bu da investisiya layihələrini daha səmərəli edir.
Görüşdə “TEXTİMA Export İmport Gmbh” şirkətinin fəaliyyəti, gələcəkdə birgə əməkdaşlıq imkanlarının araşdırılması barədə müzakirələr, aparılıb.