“Sumqayıt Kimya Sənaye Parkı” İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verildi

868

İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib

 

 

Nazirlər Kabineti 2010-cu il  30 noyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti və “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına salınıb.

Beləliklə, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 6-a çatıb. Bura İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti, “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Təsərrüfat müəssisəsi, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və Bakı Biznes Tədris Mərkəzi daxildir.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər