Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək

1387

“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb.

“Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər