Sumqayıt Kimya Sənaye Parkında “Made in Azerbaijan” brendi - VİDEO

3417

 15 dekabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkında “Aqrokimya  Azərbaycan” MMC-nin pestisidlər zavodunun 1-ci mərhələsi istifadəyə verilib. Zavod dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq aqrar sektorda innovativ texnologiyaların və pestisidlərin tətbiqi, kənd təsərrüfatı məhsullarının intensiv yetişdirilməsinə, məhsuldarlığın və keyfiyyətin artırılmasına, eləcə də yüksək rəqabətqabiliyyətliliyin təmin olunmasına,idxaldan asılılıqdan azad olmağa  imkan verəcək.

GilanSənaye Qrupuna daxil olan “Aqrokimya Azərbaycan” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyətinin əsas hədəfi “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan ilk bitki mühafizəsi vasitələri – pestisidlər istehsal edən zavodunu yaratmaqla ölkədə aqrar sektorun bu məhsullara olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəz olunmasına, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

Hazırda ölkənin pestisidlərə olan tələbatı 9.1 min ton təşkil edir. Eyni zamanda, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9.8 min ton təşkil edəcəkdir. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcəkdir. Zavodda satışa verilən dərmanlar fermerlərə yerindəcə çatdırılacaq,səpilməyə kömək ediləcək,bundan başqa zavodun mütəxəsisləri daim treninqlərdə əkinçiləri məlumatlandıracaq.Türkiyəli mütəxəsislərdən ibarət aqronom qrupları hazırda  əkinçilərlə görüşür,pestisidlərin istifadə qaydası ilə onları maarifləndirir.Yəni zavod alıcılara tam xidmət göstərir.

Zavod 18.3 hektar sahədə yerləşir və istehsal sahəsi 21.4 min kvadrat metr təşkil edir. 1-ci mərhələdə ümumi layihə dəyəri 32 milyon manat, illik istehsal gücü 20 min ton, il ərzində istehsal olunan məhsulların dəyəri isə 42 milyon manat olacaqdır. Zavodda 145 çeşiddə pestisid istehsal ediləcəkdir ki, bunun da 51 növü insektisid, 58 növü funqusid, 27  növü herbisid  və 9 növü isə digər aqrokimyəvi məhsullar olacaqdır. İstehsal olunacaq pestisidlərin keyfiyyət göstəriciləri zavodun daxilində qurulmuş və beynəlxalq aləmdə hazırda istifadə olunan ən yüksək səviyyəli dəqiq cihazlarla təchiz edilmiş laboratoriyada müəyən ediləcəkdir.

Zavodun laboratoriyasında işləyən  gənc kimyaçılar ölkəmizdəki belə bir zavodda çalışdıqları üçün çox qürur duyurlar.Qəhrəmanımız  Fəridə Bəkirova deyir ki,burada işləmək mənim üçün bir fürsətdir.Çünki o Türkiyədə böyük təcrübə keçirib və bu sahədə biliyin daha da təkmilləşdirib.

Zavodun Sumqayıt Kimya Sənaye Parkında yaradılması onun müvafiq infrastrukturla, o cümlədən elektrik, qaz, içməli və texniki su ilə təmin edilmiş, həmçinin sənaye parkının rezidenti olduğu üçün 7 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən azad olunmuş, eləcə də idxal olunan avadanlıqlara ƏDV və gömrük rüsumlarının tətbiq olunmaması investisiyaya 2.5 milyon manat qənaət edilməsinə imkan yaratmışdır. Eyni zamanda, zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9.5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulmuşdur.

Hazırda istehsalda lokalizasiya səviyyəsi 30% təşkil edir ki, gələcəkdə yerli xammaldan istifadə edilməsi hesabına bu göstərici daha da artırılacaqdır. Həmçinin idxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40% təşkil edir. Perspektivdə isə bəzi məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaqdır.

İstehsal kompleksi 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammal saxlama bölmələrindən ibarətdir.

Bundan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, labarotoriya, qazanxana və hər birinin tututmu 300 kub metr olan 2 ədəd su anbarı vardır.Zavodda 100 yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 500 manat təşkil edir.

Zavod ölkədə bu sahədə bir ilk olsa da mütəxəsislər böyük təcrübəyə malik Türkiyədə xüsusi kurslar keçir və oradakı zavodlarda istehsalla tanış olurlar.Mühəndis kimyaçı Azərbaycan Dövlət Neft Akademiyasını bitirən  Rakif Əmənov deyir ki,müstəqillikdən sonra Azərbaycanda  fəaliyytə başlayan zavodlar ilk növbədə yeni iş yerləri  olmaqla yanaşı bu sahədə milli kadrların yetişdirilməsində mühüm önəm kəsb edir.

Layihənin 2-ci mərhələsində   gübrə istehsalının təşkil olunması nəzərdə tutulur.”Aqro Kimya Azərbaycan  MMC” Possovet məkanında yeganə zavoddur ki, tam müasir texnologiya əsasında inşa edilib.Bir sözlə daha bir “Made in Azerbaijan” brendi altında məhsulumuz dünya bazarlarında öz sözünü deyəcək.Təbii ki,ilk növbədə idxaldan asılılıq azalacaq,ölkəyə valyuta gəliri  artacaq,aqrar sahənin  inkişafına dəstək olacaq,bu sahədə mütəxəsislər yetişəcək.Bütün bunlar isə prezident İlham Əliyevin aqrar sahədə apardığı məqsədyönlü siyasətin nəticəsidir ki,öz bəhrəsin verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər