“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzi yaradılacaq.
“APA-Economics”in məlumatına görə, bununla bağlı Azərbaycan Nazirlər Kabineti (NK) qərar verib.
Qərar “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən İqtisadi İnkişaf və Təhsil nazirliklərinin təklifləri nəzərə alınaraq qəbul edilib.
İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.