Sumqayıt Kimya Sənaye Parkının rezidenti İrlandiyaya şüşə vərəqələrin ixracına başlayıb

735

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Azerfloat” QSC-nin istehsal etdiyi məhsulların ixrac coğrafiyası genişlənir.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib. “Azerfloat” QSC İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir.

Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər