İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti STDC MMC nizamnamə kapitalını 11 169 176 manat, yaxud 3,7 % azaldıb.
“Report” xəbər verir ki, şirkətin kapitalı 299 488 430 manatdan 288 319 254 manata düşüb.
Azalma təsisçilərdən birinin əmlakını geri götürməsi ilə bağlıdır.
Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.