Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüş keçirilib

1170

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Nazirliyin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi parkın rezidentlərinin istehsal etdikləri və gələcəkdə istehsalı nəzərdə tutulan məhsullar barədə məlumatlandırılması, birgə əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan “Azertexnolayn”, “SOCAR Polymer”, “SİKA”, “Aqrokimya Azərbaycan”, “ALCO” MMC-lər və SOCAR-ın Karbamid zavodunun nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti haqqında təqdimatlarla çıxış ediblər, əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün yaradılan infrastruktur təminatı, vergilərdən və gömrük rüsumlarından azadolmalar onlara investisiya xərclərinə qənaət etməyə imkan verir ki, bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsi, eləcə də keyfiyyətin yüksəldilməsinə şərait yaradır.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir və bu parklarda ümumilikdə 40-dan artıq sahibkarlıq subyektinə rezident statusu verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər