Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb

601

Ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, yeni rezident “Az-Kom Servis” MMC Sənaye Parkının ərazisində tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağının istehsalını həyata keçirəcək.

Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “Neo Project” MMC tərəfindən Sənaye Parkında müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisə inşa olunacaq.

Sənaye Parkının daha bir rezidenti “Sakuraz Green Energy” MMC tərəfindən “Litium akkumulyatorlarının bərpası” layihəsi həyata keçiriləcək.

“Sakuraz Green Energy” MMC və “Neo Project” MMC tərəfindən istehsal olunan məhsulların daxili və xarici bazarlara satışı nəzərdə tutulur. “Az-Kom Servis” MMC-də istehsal edilən məhsullar isə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər