Sumqayıt kimyaçıları Fransada

785

Etilen-polietilen zavodunun bir qrup mütəxəssisi təcrübə mübadiləsi üçün   Fransaya yola düşmüşdür

 

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 7 nəfərdən ibarət mütə­xəssislər qrupu EP-300 istehsalatında tikintisi başa çatmaqda olan, Fransa mütəxəssisləri tərəfindən layihələndirilərək quraşdırılmış yeni suso­yutma qurğusunun texnoloji xüsu­siyyətləri, işləmə prinsipi ilə bilavasitə istehsalat şəraitin­də tanış olmaq və ilk gündən başlayaraq onun səmərəliliyinə nail olunması məqsədilə  bu gün  səhər təcrübə mübadiləsi üçün Fransaya yola düşmüşdür.

Birliyin istehsalat sahələrində yeniləşmə prosesi, müasir texnologiya və avadanlıqların  tətbiqi proqramına uyğun olaraq müasir tipli, ekoloji təmiz  və yüksək məhsuldarlıqlı yeni susoyutma qurğusunda bugünlər elektrik və nəzarət-ölçü cihazlarının son quraşdırma-sazlama işlər aparılır. Yeni susoyutma qurğusu hazırda istismarda olan qurğudan yalnız ekoloji təmiz və kompakt olması, yüksək məhsuldarlığı ilə deyil, həm də xidmətin daha asan olması və təhlükəsizliyi, susoyutma prosesinin maksimum avtomatlaşdı­rılması, bunun nəticəsi olaraq isə xidmət personalının az olması ilə fərqlənir.

Yeni qurğunun bütün texniki sistemləri üzrə mükəmməl idarə olunması məqsədilə təcrübə mübadiləsi qrupuna  energetika, nəzarət-ölçü cihazları üzrə mühəndislər, təmirçi-çilingər, nasos-qurğu maşinisti və s. mütəxəssislər daxil edilmişdir.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər