“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatı və Azərbaycan Skautlar Assosiyasınınn tərəfdaşlığı ilə “Sumqayıt məktəblilərinin Ekoloji Düşərgəsi – 2” adlı layihəyə 9 iyul 2018-ci il tarixindən start verdi.
9-13 iyul 2018-ci il tarixlәrini әhatə edәcək ekoloji layihә hər gün ayrı-ayrı günlük tәdris proqramı ilә təbiətin qoynunda Xaçmaz rayonunun Nabran qəsəbəsində təşkil edilib.Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətlərində fəaliyyətlər təşkil etməkdir.Layihədə iştirak etmək üçün müraciət edən məktəblilərin hər biri ilə fərdi görüşlər keçirilmiş, iştirak haqqı qazanmış şagirdlər layihə heyəti tərəfindən seçilmişdir. Açıq hava şəraitində təşkil edilən düşərgədə Sumqayıt şəhərində fəaliyyət göstərən 7 orta təhsil müəssisəsindən 50 məktəbli iştirak edir.
Qeyd edək ki, layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgədə iştirak etmiş məktəblilər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində ekoloji klublar yaradacaq və bu klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndirəcəklər. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaqdır.