Sumqayıt məktəblisi olimpiada qalibi olub

863

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər arasında təşkil olunan “Zəfər tarixi” Esse Olimpiadası finalçılarının İrşad otelin konfrans zalında təltifetmə tədbiri keçirilmişdir. Respublikanın müxtəlif məktəblərini təmsil edən beş yüzə yaxın şagird Olimpiadada iştirak etmiş, onlardan qırx nəfəri Final mərhələsinə yüksələ bilmişdir. Bütün finalçılar I, II, III dərəcəli diplomlarla, qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Olimpiada geniş rezonansla qarşlanmış, məktəbliləri həvəsləndirmişdir. Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Quluzadə Qafar Vüsal oğlu I dərəcəli Diploma layiq görülmüşdür. Qeyd edək ki, qalib “Sumqayıt” qəzetinin Baş redaktoru Sübhan Quliyevin nəvəsidir. Bakı İnsan hüquqları Məktəbi İctimai Birliyinin sədri Azər Ələkbərov bildirmişdir ki, “Zəfər tarixi” Esse Olimpiadasının növbəti illərdə də təşkil edilməsini planlaşdırırlar və bunun üçün partnyor təşkilatlar axtarışına start veriblər.
Allah şəhidlərimizə rəhmət eləsin! Onların ruhları qarşısında baş əyirik! Zəfər tariximiz mübarək!

İlhamə Məhəmmədqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər