Sumqayıt müəllimləri müraciət etdi – ŞİKAYƏT

1031

Sumqayıt müəllimləri şikayət ərizəsi ilə suqmayitxeber.com saytına müraciət ediblər. Müraciəti olduğu kimi təqdim edirik:

“Biz 39 müəllimə dövlət tərəfindən Yaşma ərazisində bağçılıq təsərrüfatı üçün torpaq sahəsi ayrılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 15 sentyabr 1987-ci il tarixli 326 saylı qərarı ilə Bakı-Rostov yolu boyunca kollektiv bağçılıq təsərrüfatını inkişaf etdirmək üçün Sumqayıt şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinə dövlət fondundan 750 hektar torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcraiyyə Komitəsinin 22 iyun 1989-cu il tarixli qərarı ilə (protokol №13) həmin sahədən Sumqayıt şəhər Təhsil şöbəsinə 72, 76 hektar sahə ayrılmış, bu tarpaqlar xüsusi komissiyanın qərarı ilə hər birinə 6 sot (600 m2) olmaqla, 1000 nəfərdən çox təhsil işçilərinin istifadəsinə verilmişdir. Keçən əsrin 80-ci illərinin sonlarında Respublikada baş verən hadisələr, təhsil işçilərinin maddi vəziyyətinin qeyri-qənaətbəxş olması, eyni zamanda sahənin infrastrukturunun inkişaf etməməsi nəticəsində bağçılıq təsərrüfatından istifadə çox zəif olmuşdur. 1990-cı illərin sonundan etibarən ayrılmış bağçılıq sahəsinə işçilərin öz hesabına su çəkilmiş, yol salınmış, bir çox sahələr yaşıllaşdırılmış, bəzi sahələrdə isə bağ evləri tikilmişdir. Bağçılıq təsərrüfatının bütün üzvləri 2001-2008-ci ilədək Bələdiyyə idarəsinə dövlət rüsumlarını da ödəmişlər.

2010-cu ilin may ayında Yaşma bağçılıq təsərrüfatının ərazisində, torpaq sahiblərinə xəbərdarlıq edilmədən, insanlardan xəbərsiz həyata keçirilərək, Yaşmada Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yaradılmışdır. Adları siyahıda 2-ci səhifədə göstərilmiş Sumqayıt şəhər Təhsil işçilərindən 39 nəfər haqqı pozulmuş müəllimlərin bağçılıq təsərrüfatına ayrılan torpaq sahəsi Yaşma “N” saylı hərbi hissəsi tərəfindən zəbt edilmişdir. Bağ sahibləri öz sahələrini əkib-becərmək üçün, Yaşma “N” saylı hərbi hissənin hərbiçiləri tərəfindən həmin sahəyə buraxılmayıb, təcavüzə məruz qalmışlar.Hökumət tərəfindən bu bağ sahələri bizə vəziyyətimizi yaxşılaşdırmaq üçün ömürlük istifadəyə verilmişdir. hüquqları pozulmuş – biz müəllimlərə ayrılmış torpaq sahələrinin özümüzə qaytarılmasını tələb edirik.Bu barədə aidiyyatı orqanlara müraciət etməyimizə baxmayaraq, bizə laqeyd münasibət göstərilmiş, müraciətimizə cavab verilməmişdir. Bizim Müdafiə Nazirliyinə, Bələdiyyə sədrinə, həmkarlar İttifaqının sədrinə, İcra baçşçısına və başqa idarələrə müraciətimiz hələ də cavabsız qalıb.
Haşiyədən çıxaraq sizə kiçik bir hadisəni danışmaq istəyirəm.Yeni yaranmaqda olan Türkiyə Cumhuriyyətinin başbakanı cumhurbaşkanı Atatürkün yanına gələrək milət vəkillərinin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə məvaciblərinin 40% artırılmasını təklif edir.Buna cavab olaraq Atatürk artırılacaq olan məvacibin müəllimin məvacibini keçməməsini təkidlə qeyd edir.Çox təəssüflər olsun ki, Azərbaycan dövləti tərəfindən biz özümüzə qarşı qayğını hiss etmirik.Səsimizi necə duyurmağımızı bilmirik. Hüquqlarımız tapdanır, bizi nə vaxta kimi yox hesab edəcəklər….”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər