Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən “Dalğa Arena”da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır. “Sumqayıt” Bernard Raabın rəhbərliyi altında bu gün saat 14:00-da Bayıl stadionunda növbəti məşqinə çıxıb.
Qeyd edək ki, A milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk, U-21-lə Moldovada olan Slavik Alxasov və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev hazırlıq prosesinə nisbətən gec qatılacaq.