Artıq danılmaz faktdır ki, Nəqliyyat Departamentinin əməkdaşları son illər ərzində sürücülərə əməlli-başlı qan uddurmaqdadırlar. Bu tendensiya son bir neçə ayda Sumqayıtda da özünü göstərməkdə idi.
Sumqayıt şəhər Nəqliyyat Departamentinin fəaliyyəti ilə bağlı daha bir məqam bu qurumun jurnalistlər üçün keçilməz “barikada”larla əhatələnməsi idi. Bir qayda olaraq bu Departementdən informasiya almaq ağır prosesə çevrilirdi. Və “168 saat” qəzeti olaraq bu məqamlara dəfələrlə toxunmuşuq.
Nəhayət, bu günlərdə Sumqayıt Sumqayıt şəhər 8 saylı Nəqliyyat Departamentinin rəisi Qəhrəman Hacıyev vəzifəsindən azad edildi. Heç şübhəsiz ki, bu kadr islahatında yuxarıda qeyd etdiyimiz məqamlarla yanaşı iyunun birinci həftəsində Bakı-Sumqayıt yolunda baş vermiş hadisə də həlledici rol oynadı.
Xatırladaq ki, Binəqədi rayon Polis İdarəsinin Post patrul Xidməti Bölməsinin əməkdaşları iyunun 7-də Biləcəri qəsəbəsində xidmətdə olarkən Nəqliyyat Departamentinnə məxsus “VAZ-2107” markalı avtomobillə xidmətdə olan iki nəfər şübhəli şəxsi saxlamışdılar.
BŞBPİ Təhqiqat Şöbəsi faktı araşdırarkən məlum olmuşdu ki, onlar Nəqliyyat Departamentinin Sumqayıt şəhər 8 saylı MMC-nin əmədaşları Vüsal Dadaşov və İlqar Quliyevdir. V.Dadaşov həmin MMC-də müfəttiş, İ.Quliyev isə sürücü vəzifəsində çalışır.
Həmçinin həmin şəxslərin xidməti ərazilərinin Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsinin ərazisi olduğu müəyyən edilmişdi.
Saxlanılan şəxslər ifadələrində bildirmişdilər ki, xidməti ərazilərində sürücülər onlara yük maşınlarını saxlamdıqlarına görə, xidməti ərazilərini dəyişərək Biləcəri qəsəbəsində xidmətlərini fərqli formada davam etdiriblər. Saxlanılan zaman V.Dadaşovun əynində yol polis patrul xidməti əməkdaşının gödəkcəsi olub, İ.Quliyev isə Nəqliyyat Departamentinin formasında olub.
Qeyd edək ki, Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəisi vəzifəsinə (hələlik rəis əvəzi) Mahir Nəbiyev təyin edilib.
“168 saat”
Azərbaycanda dünya standartlarından uzaq və yalnız özünün qanunları ilə idarə olunan bir struktur var ki, bu da Dövlət Yol Polisidir