Sumqayıt Türk Liseyinin fəaliyyəti və həyata keçirilən yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırmaq üçün nəzərdə tütulmuş görüşdə “Azərtac”ın bölgə müxbiri Ətrabə Rzayeva ,“168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov, “Sumqayitxeber.com” xəbər portalının baş redaktoru Eyvaz Qocayev, “Xeberle.com” xəbər portalının baş redaktoru Ramil Zeynallı, “Dünya” TV-nın müxbiri İlqar Mahmudov və “Zaman-Azərbaycan” qəzetinin Bakı şəhəri üzrə satış meniceri Ceyhun Məmmədov və bölgə müxbiri Fədail Fətullayev iştitak etmişdir.
Media nümayəndələrini qəbul edən Sumqayıt Özəl Türk Litseyinin direktoru Ahmet Çamalan təhsil ocağı ilə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, liseyin fəaliyyəti dövründə 500-dən çox məzunu olub və bu gün həmin məzunlar dünyanın müxtəlif ölkələrində və eləcə də ölkəmizdə özəl şirkətlərdə və dövlət qurumlarında yüksək vəzifələrdə çalışırlar.
A.Çamalan onu da bildirmişdir ki, litseyin şağirdləri beynəlxalq olimpialarda da Azərbaycanı layiqincə təmsil edir və bu günə kimi 60-dən çox medal əldə ediblər.
Məktəbin maddi-texniki bazası müasir standartlara cavab verir. Bu dərs ilindən başlayaraq interaktiv elektron lövhələrdən istifadəyə başlanılıb. Artıq 19 ədəd ən müasir elektron lövhə alınaraq dərs otaqlarına quraşdırılıb. Dərsliklərə uyğun proqramlar hazırlanıb və dərsliklər interaktiv lövhələrin yaddaşına yazılıb. Lövhənin üzərində xüsusi elektron qələmlə yazmaq olur. Lövhə hazırlanmış slaydları , video görüntüləri göstərməyə, şəkil çəkməyə , şəkillər üzərində qeydlər aparmağa, hazırlanmış vəsaitləri yaddaşda saxlamaq, çap etmək və elektron poçt vasitəsi ilə göndərməyə imkan verir.
Əldə olunmuş təcrübənin Sumqayıtın digər məktəblərində də tədbiq olunması üçün Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırovla müzakirələr aparılıb.
A. Çamalan ötən tədris ilində məzunların 98% nəticə göstərdiyini bildirib. Sumqayıt Özəl Türk Liseyinin məzunlarının sorağı dünyanın otuza yaxın ölkəsinin universitetlərindən gəlir.
Cox saq olun bizi melumatlandirdiqiniz ucun. Seherimizde en yaxsi mekteblerden biridir.
Elektron lovheler diger mekteblere de tedbiq olunsa yaxsi olar.
Vusal bey bu guzel haber icin tesekkur ederim. Ayrica haberi facebookda paylasma ve tweetleme imkani da olsa daha guzel olur. Tesekkurler