İyunun 29-da, saat 11:00-da “Sumqayıt-Polimer” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 12 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Sumqayıt-Polimer” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 483 504 manatdır.