Sumqayıt Polis İdarəsində yeni təyinatlar

1428

Azər Məmmədov Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, Azad Məmmədov isə DYP İdarəsinin rəisi təyin edilib

Sumqayıt şəhər Polis İdarəsində yeni təyinatlar olub. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Suraxanı rayon Polis İdarəsinin rəis müavini Azər Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin (ŞPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib. A.Məmmədov əvvəllər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi olub. O, Bakının Nardaran qəsəbəsində qanunsuz silahlı qruplaşmalara qarşı aparılan əməliyyatlarda iştirak edib.

Daxili işlər nazirinin digər əmri ilə Abşeron rayon Dövlət Yol Polis İdarəsinin rəisi, polis mayoru Azad Məmmədov Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi İdarəsinə rəis təyin edilib. Polis mayoru Tofiq Quliyev isə Abşeron rayon DYPİ-ə rəis gedib.

Qeyd edək ki, bir neçə ay əvvəl Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt şəhər Polis İdarəsində aparılan yoxlamaların nəticəsi olaraq idarənin rəisi Mehdi Hümbətov və onun əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyev, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Əhmədağa Məmmədov R.Usubovun əmri ilə tutduqları vəzifələrdən uzaqlaşdırılıb.

M.Hümbətov sonradan Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub. Sumqayıt şəhər Polis İdarəsinə isə Nərimanov rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Əkbər İsmayılov rəis təyin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər