Kriminal aləmdə “Əmi” ləqəbi ilə tanınan 46 yaşlı Vidadi Məlikov qanunsuz silah saxlamaqda təqsirli bilinərək saxlanılıb.
Saxlanılan zaman onun üzərindən qaz tapançası götürülüb. Bundan başqa V. Məlikovun yaşadığı evə baxış keçirən əməliyyatçılar oradan 1 ədəd “Naqan” tipli tapança aşkar edərək götürüblər.
Polisdən həmçinin bildirilib ki, V. Məlikovun kriminal aləmlə geniş əlaqələri olub. O, bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Əmi” ləqəbi ilə tanınıb. V. Məlikov 1995-ci ildə həbs edilən zaman polis əməkdaşlarının üstünə qumbara atıb.