Narkotik maddəni aldı amma polis ona bu dəfə satmağa imkan vermədi.
Məlum olub ki,onlar şəhər sakinləri 30 yaşlı Nemət Qasımov və onun həmkarı 41 yaşlı Mübariz Dadaşovdur.
Sumqayıt şəhər 4-cü polis bölməsinin rəisi Elman Səfərovun verdiyi məlumata görə bölməyə ilk dəfə Nemət haqqında məlumat daxil oldu. Keçrilmiş əməliyyat nəticəsində Nemət Qasımov saxlanıldı. saxlanılarkən onun düz 10 kibrit qutusu narkotik maddə olan marixuana aşkarlanaraq götrülüb.
Saxlanılan Nemət Qasımovda narkotikanın özünə məxsus olduğunu və qəbul etmək yox satmaq niyyəti olduğunu bildirdi.
Polis Neməti dindirərkən o narkotikanı Saray qəsəbə sakini 41 yaşlı Mübariz Dadaşovdan aldığını bildirib. Keçrilən əməliyyatla Mübariz Dadaşov mənzilində tutulub. Onun mənzilinə baxış keçirən polis ordan 79 qutu marixuana, 7 büküm narkotika və 20 min ABŞ doları aşkarlayaraq götürüb.
Faktla bağlı cinayət işi başlanıb araşdırmalar aparılır. /Xezer TV