Sumqayıt polisi Novxanı çimərliyində bir neçə oğurluq hadisəsi törədən gənci yaxalayıb. Novxanı çimərliyindən Mobil telefon oğurluğu barədə Sumqayıt şəhər Polis İdarəsinə daxil olan çoxsaylı müraciətlərlə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri tezliklə müsbət nəticə verib. Məlum olub ki, iyunun 30-da Sumqayıt şəhəri, Novxanı çimərliyində Bakı şəhər sakinləri Eltən İlyasbəyli, Kamran İmanov və Suliddin Əliyevin mobil telefonlarını oğurlayan Goranboy rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan 27 yaşlı Əkbər Teymurovdur. Özgə əmlakını oğurlamaqda təqsirli bilinən Əkbər yaxalanıb, barəsində cinayət açılıb.