Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.