Sumqayıt polisi sahibkarlara ziyan vuran şəxsi həbs etdi

402

Sumqayıt şəhərində bir gündə iki mağazadan oğurluq edilib, bir mağazanın qapı şüşəsi daşla sındırılıb. Faktı təsdiqləməklə yanaşı Sumqayıt Şəhər Polis İdarəsindən “sumqayitxeber.com”a bildirilib ki, Sumqayıt şəhər sakinləri – İlham Abdullayevə məxsus ticarət köşkündən, Ramin Cəfərova məxsus mağazadan oğurluq edilməsi ilə bağlı şəhər polis idarəsinə məlumat daxil olub.

Eyni gündə həmçinin Sumqayıt şəhər sakini Hacıbala Salamov polisə etdiyi şikayətində bildirib ki, ona məxsus mağazanın qapı şüşəsini daşla sındırıblar.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ağabala Abışov tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər