Sumqayıt polisi şəhərdə reydə başladı – BU SATICILAR CƏRİMƏLƏNİR!

2161
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları şəhər ərazisində reyd keçirib.
Nazirlikdən Lent.az -a bildirilib ki, nəticədə bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.
Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub
Bu istiqamətdə reydlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər