Sumqayıt Prokurorluğu meyiti tapılan İran vətəndaşıyla bağlı məlumat yaydı – FOTO

926

Sumqayıt Şəhər Prokurorluğu Novxanıda meyiti tapılan İran vətəndaşı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq – əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Novxanıda İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlunun meyiti aşkarlanıb.
Bu barədə ilk məlumatı lent.az yayıb.(APA)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər