Azərbaycan Premyer Liqasının XVI turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.
“Report”un məlumatına görə, “Səbail” – “Sabah” matçı Rəhim Həsənova, “Sumqayıt” – “Qarabağ” görüşü isə Rəşad Əhmədova həvalə olunub.
19 fevral (cümə)
16:00. “Səbail” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı, “ASCO Arena”.
18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt, “Kapital Bank Arena”.
Qeyd edək ki, turun digər 2 oyunu fevralın 20-də keçiriləcək. “Keşlə” “Zirə”ni, “Neftçi” “Qəbələ”ni qəbul edəcək.