“Sumqayıt” “Qəbələ”yə qarşı

722

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Ötən mövsümün finalçısı “Sumqayıt”la “Qəbələ” arasında olacaq. “Kapital Bank Arena”dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Azərbaycan Kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 2018/2019 mövsümündə finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər