Sumqayıt QHT-lərinin Xəzər sahilində təmizlik aksiyası keçirildi

1004

39304_113016002083203_100001244105267_91091_6502180_nSumqayıt şəhərinin dənizkənarı ərazisi yay mövsümündə əraziyə istirahətə gələnlər tərəfindən daha da çirklənmiş, ərazidə ciddi antisanitariya şəraiti yaranmışdır. Beləki, istirahətə gələnlər özləri ilə gətirdiyi ərzaq və tərəvəzin artığını, istifadə etdikləri birdəfəlik plastik butulka və digər lazımsız əşyalarını yerə atırlar. Ərazidə zibil qutuları olmadığına və bu ərazi vaxtaşırı təmizlənmədiyinə görə dənizkənarı ərazi məişət tullantıları ilə dolmuşdur. Şəhərin kanalizasiya sularının bir hissəsinin birbaşa dənizə axıdılması da  dəniz havası kimi qiymətli təbii sərvətdən əhalinin normal bəhrələnməsinə imkan vermir.

“İctimai maraqlar naminə vətəndaş cəmiyyəti” İctimai Birliyi Sumqayıt şəhərinin dənizkənarı ərazisində təmizlik aksiyası keçirmək təşəbbüsü ilə çıxış etmiş və şəhərin yerli hakimiyyət orqanlarına müraciət edərək aksiyanı dəstəkləməyi, aksiya günü yığılan məişət tullantılarının daşınması üçün texnika ayrımasın və heç olmazsa, yay mövsümündə dənizkənarı ərazidə zibil qutularının qoyulmasını xahiş etmişdi. Şəhərin digər yerli QHT və media qurumları da təmizlik aksiyasını təqdir etmiş və “İctimai maraqlar naminə vətəndaş təşəbbüsü” Birliyinin müraciətinə qoşulmuşlar.

İyul ayının 25-də saat 1900 –da Sumqayıt şəhərinin dəniz sahili ərazisində gəmi batan ərazidən başlayaraq Corat qəsəbəsi istiqamətində “Sumqayıt ümumi evimizdir, evimizi təmiz saxlayaq” şüarı ilə aksiya başlandı. “İctimai maraqlar naminə vətəndaş təşəbbüsü”, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi, “Sağlam düşüncə” gənclər təşkilatını, “Ülvi” aztəminatlılara yardım və başqa qeyri hökumət təşkilatlarının fəalları və media nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiya zamanı iştirakçılar yerə atılmış zibilləri və ərzaq qalıqlarını toplayıb sellofan torbalara yığır və şəhər İcra Hakimiyyətinin Təmizlik departamentinin ayırdığı zibildaşıyan maşına yükləyirdilər.

Qeyri Hökumət Təşkilatlarının fəalları, həmçinin, həmin ərazidə istirahət edənlərlə maarifləndirici söhbətlər aparır, onları dənizkənarı ərazinin təmiz saxlanması vacibliyinə inandırmağa cəhd edirdilər. Eyni zamanda xüsusi səsgücləndirici vasitə ilə istirahət edənlərə “Sumqayıt hamımızın ümumi evidir, evimizi təmiz saxlayaq”, “Əziz Sumqayıtlılar, dəniz böyük sərvətdir, onun qədrini bilək”, “Dəniz sahilinində təmizliyi qorumaq hər birimizin borcudur, öfhiş edirik ki, özünüzlə gətirdiyiniz ərzağın qalığını və digər lazımsız əşyaları yerə atmayın” və s. bu məzmunlu  müraciətlər olunurdu.

Tədbirdə media əməkdaşlarının iştirakı və bu barədə mediada məlumatın yayılması daha çox insanın təmizlik aksiyasının məqsəd və məramı barədə məlumatlanmasına xidmət edəcək.

Sumqayıt QHT-lərinin təmizlik aksiyası Ekologiya ili elan olunan 2010-cu ilin ən faydalı və yaddaqalan tədbirlərindən biri və dövlətin ekoloji siyasətinə vətəndaş cəmiyyətinin töhfəsi olacaq.

37652_113016898749780_100001244105267_91106_5534838_n

39122_113017412083062_100001244105267_91111_3921198_n

37652_113016902083113_100001244105267_91107_7004584_n

38369_113011792083624_100001244105267_91060_7081801_n

38369_113011795416957_100001244105267_91061_1194339_n

37652_113016888749781_100001244105267_91103_5247356_n35357_113019182082885_100001244105267_91134_1410868_n38937_113015308749939_100001244105267_91086_1323389_n

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Esmer
    İyul 26, 2010 - 15:46

    Ela tesebbusdur.Cox yaxsi isdir.Denizin sahilinde zibil qutularinin olmasi vacibdir.

  • konul
    İyul 27, 2010 - 18:10

    unutmayaq ki,bura Azerbaycandir.biz zibil qutusunun yanindan kecirik, amma elimizdeki zibili. zibil qutusuna yox, yere atiriq.Baska biri bunu gorende zibili yere yox, qutuya at deyende az qaliriq onu doyek. Usaq eve zibil atan kimi tez danlayiriq kucede getdiyimiz zaman ne ise aliriqsa onun zibilini yere atiriq.Onun ucun bu aksiyalar tez-tez kecirilse yaxsidir.maraqli aksiyadir.UQURLAR.

  • Nurane
    İyul 28, 2010 - 12:47

    Koynekdeki suar olmasaydi ela olardi,yeri yoxdu o suarin

  • Bahar
    İyul 29, 2010 - 19:45

    Ne qeseng bezenib duzenib gelibler ee.-))))

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər