“Sağlam Düşüncə” Gənclər Təşkilatı 10 iyun 2012-ci il tarixində Sumqayıt şəhər “British Council – Azərbaycan”-nın maliyyələşdirdiyi ilə “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçdiyi “Səyyar könüllülük məktəbi” layihəsinin bağlanış mərasimi təşkil etdi. Bağlanış mərasimində layihə iştirakçıları, qonaqlar iştirak etdilər. Bağlanış mərasimində layihə iştirakçılarına sertifikatlar təqdim edildi və onlar gələcəkdə görmək istədikləri fəaliyyətlər və layihələr müzakirə olundu.
Hədəf qrupu 15-25 yaş arası gənclər olan “Səyyar könüllülük məktəbi” layihəsi 2 ay müddətində davam etdi. Layihə ərzində Sumqayıt şəhərində 15-dən çox orta təhsil müəssisəsi və 2 ali təhsil müəssisəsi ilə əməkdaşlıq quruldu. İlkin mərhələsində tələbələr üçün layihə haqqında təqdimatlar keçirildi. Ərizə formasi və müsahibə vasitəsi ilə seçilən 18 aktiv gəncə sonradan təlimçilər üçün təlim və könüllülük anlayışının əsasları öyrədildi. Təlimlərdə iştirak etmiş gənclər sonrakı mərhələdə hər biri bir orta məktəbdə 50 şagirdə informasiya sessiyaları keçdi. Başlıca məqsədi Sumqayıt gənclərinə fəal vətəndaşlıq, aktiv həyat tərzi, könüllülük prinsipləri və könüllülük fəlsəfəsi haqqında məlumat vermək olan layihə müddətində ümumilikdə 700-ə yaxın gənc könüllülük haqqında məlumat əldə etdi. 9 iyunda isə layihə iştirakçıları Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə gedib, orada könüllü fəaliyyət təşkil etdilər.
Qeyd edək ki, bu layihə “Sağlam Düşüncə” Gənclər Təşkilatının “British Council – Azərbaycan”-nın “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirdiyi ikinci layihədir. “Aktiv vətəndaşlıq məktəbi” adlı ötən ilkin layihədə 3 ay müddətində Sumqayıt gəncləri 8 müxtəlif mövzuda təlimlərdə iştirak ediblər.
Layihənin rəsmi informasiya dəstəyi “168 saat” həftəlik qəzeti və www.sumqayitxeber.com saytı idi.