Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Vəkilliyinin 100 illiyi münasibətilə “Vəkillik kursları” layihəsinin icrasına başlayıb.
APA-nın məlumatına görə, bu gündən etibarən başlamış layihə çərçivəsində ilkin olaraq “Cinayət işləri üzrə praktik vərdişlər” və “Mülki işlər üzrə praktik vərdişlər” mövzusunda 4 günlük ödənişsiz təlimlərin keçirilməsi nəzərə tutulub.
Bugünkü təlim hüquqşünas Şamil Paşayev tərəfindən “Cinayət işləri üzrə praktik vərdişlər” mövzusunda keçirilib.
Təlimdə real kazuslar əsasında istintaq hərəkətlərinin yerinə yetirilməsi, istintaqda vəkilin rolu və s barəsində mühazirə və praktik istintaq hərəkətlərinin yerinə yetirilməsi yazı vərdişlərin mənimsənilməsi təmin edilib.
Sabah, həmçinin avqustun 10-11-də davam edəcək təlimlərdə mülki işlər üzrə isə vəkil Anar Qasımlı təlimlər keçirəcək.