SUMQAYIT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİ İDMAN XRONİKASI

2347

DSC05060_1933260521. CÜDO. 24-26 dekabr 2009-cu il tarixlərində Sumqayıt Paralimpiya İdman Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keşirilmişdir.

Respublikamızın 46 şəhər, rayon, idman məktəbləri, cəmiyyətləri və klublarının 46 komandasından 350-ə yaxın idmançısı iştirak etmiş çempionatda şəhər idmançıları 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə etmişdir. Belə ki, Murad Rəcəbli (81kq) və Şəhanə Hüseynova (57kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Onların komanda yoldaşları Gülşən Nəzərova (52kq), Rəqiyyə Qarayeva (70kq) və Elxan Rəcəbli (81kq) çempionatın gümüş, Tərlan Kərimov (66kq), Samir Dadaşzadə (66kq), Elmaddin Əhmədov (81kq) və Zaur Bağırov (+100kq) isə bürünc mükafata layiq görülmüşlər.
2. BOKS. Cari ilin 21-26 dekabr tarixlərində Lənkəran şəhərində “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş 1996-97-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Respublika turniri keçirilmişdir. Yarışda şəhər idmançıları Camal Piriyev (41,5kq), Taleh Məhərrəmov (43kq) və Yusif Məhərrəmov (46kq) turnirin qalibi olmuşlar.
3. TAEKVAN-DO. 24-27 dekabr 2009-cu il tarixlərində Bakı şəhərində gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatı keçiriib. Çempionatda qüvvəsini sınayan şəhər idmançılarından Gülnar Zeynalova (44kq), Fariz Əliyev (68kq) və Təvəkkül Bayramov (87 kq) birinci, Pərvin Əliyev (45kq), Ağarəsul Fərəcov (48kq), Əziz Abbasov (51kq), Sənan Əsədzadə (74kq), Ruslan İbrahimov (+87kq), Xəyal Musayev (59kq) və Yelena Abbasova (49kq) ikinci, Ülkər Musayeva (53kq) isə üçüncü yerləri tutmuşlar.

Vahid Abdullayev, Sumqayt şəhər Gənclər və İdman Baş  İdarəsinin Bədən Tərbiyəsi və İdman Sektorunun baş məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər