Abşeron rayonunda yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, Ceyranbatan qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Mərmər Osman qızı Tağıyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn “VAZ-2109” markalı 50 CK 499 dövlət qeydiyyatı nişanlı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Artıq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.