Sumqayıt sakini atasını və daha iki nəfəri bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.
Araşdırmalarla həmin vaxt İ.Cəfərovun münaqişə zəminində C.Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.