Sumqayıtda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.
Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.