Sumqayıtda 59 yaşlı qadın dəm qazından boğulub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Hadisə şəhərin 1-ci mikrorayonu ərazisində, ev 20/47, mənzil 3-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1951-ci il təvəllüdlü Brilyant Məhərrəmova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.