Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü Həsənova Ceyranxanım Ehtiram qızı yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.