Sumqayıt sakini evdə ölmüş vəziyyətdə tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfindən açıblar.
Mənzilə baxış keçirilərkən 1936-cı il təvəllüdlü Səyyad Şıxkərim qızı İbrahimova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Keçirilən ilkin müayinə zamanı S. İbrahimovanın vəfat etdiyi məlum olub. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Allah Rehmet elesin.