Sumqayıt sakini həbsxanaya narkotik keçirmək istədi

1337

Bakıda həbsxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 315.2; 66.3; 67.1 və 234.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şamilov Zöhrab Əhməd oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhər sakini Cəfərov İlqar Südgül oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən 1,032 qram narkotik maddə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər