Sumqayıt sakini İcra Hakimiyyətinin şöbə müdirindən prezidentə şikayət yazdı

1470

Sumqayıt İcra Hakimiyyətinin şöbə müdiri məcburi köçkünü mənzil növbəsindən çıxarıb?
Nazdıgül Şirinova Gülsarə Əhmədovadan prezidentə şikayət yazdı

Bakı-Xəbər qəzetinin redaksiyasına Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 52, mənzil 57 ünvanda qeydiyyatda olan Nazdıgül Məhəmməd qızı Şirinova tərəfindən ölkə başçısı İlham Əliyevə ünvanlanan şikayət məktubu daxil olub, surəti isə qəzetimizin baş redaktoru Aydın Quliyevə ünvanlanıb.

N.Şirinovanın məktubunda qeyd edilir ki, ailəsi Füzuli rayonundan məcburi köçkün düşüb. Belə ki, 1988-ci ildə Ermənistandan deportasiya olunaraq 1991-1993-cü illərdə Qarabağ müharibəsində əlil olmuş, polis sistemində xidməti vəzifəsini yerinə yetirərkən qatil tərəfindən 11.07 2006-cı il tarixdə Xızı rayonu, Şurabad kəndində qətlə yetirilmiş Şirinov Müşfiq Tapdıq oğlunun həyat yoldaşıdır. N.Şirinova 2 azyaşlı oğlan uşağı böyütdüyünü də şikayət məktubunda göstərir.

N.Şirinova yazır ki, onu bu ərizəni yazmağa Sumqayıt Şəhər Evlər İdarəsinin Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova məcbur edib. Onun bildirdiyinə görə, adıçəkilən məsul şəxs ölkə başçısının qaçqın və məcburi köçkünlərlə bağlı imzaladığı qərar, sərəncam və fərmanlara əhəmiyyət vermir: “Həyat yoldaşım Qarabağ müharibəsində ağır, təsəvvürəgəlməz dərəcədə olan döyüş gedişatında mərdliklə döyüşərək və dəfələrlə ağır güllə yaraları alaraq əlil olmuşdur… Qeyd etdiyim kimi, 11.07.2006-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən quldur qatil tərəfindən həyat yoldaşım qətlə yetirilmişdir”.

N.Şirinovanın əsas şikayəti mərhum həyat yoldaşının adının mənzil siyahısından çıxarılmasındandır: “Rəsmi müraciətim əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova mənim həyat yoldaşım olan mərhum Şirinov Müşfiq Tapdıq oğlunun 1993-cü il tarixdən şəhər İcra Hakimiyyəti nəzdində Qarabağ müharibəsi veteranı imtiyazı əsasında mənzil növbəsinə dayanması məsələsinə baxmışdır”.

O bildirir ki, G.Əhmədova heç bir dövlət strukturuna məhəl qoymadan, özbaşınalıq edərək, hansısa müəmmalı səbəbdən həyat yoldaşının ölümünü bəhanə gətirərək, onun övladlarının və dul qalmış həyat yoldaşının gələcək həyatını nəzərə almayaraq mərhumun adını siyahıdan silib”:O, son dərəcə neqativ mövqe tutaraq, yoldaşımın adını siyahıdan çıxararaq hansısa müəmmalı tərzdə mərhumun sıra növbə yerinə kimisə qeydə almış və bizim indi də evsiz qalıb küçələrdə gecələməyimizin səbəbkarı olmuşdur!…”

N.Şirinova cənab prezidentdən rica edir ki, onun faciə dolu həyatını nəzərə alıb, evlə təmin olunmaq hüququnun bərpa edilməsinə yardımçı olsun”: Ümidvaram ki, faciə içərisində olan Qarabağ müharibəsi əlili və dövlətçilik naminə xidməti vəzifəsini yerinə yetirərkən qatil tərəfindən qətlə yetirilmiş Şirinov Müşfiq Tapdıq oğlunun ailə üzvləri dövlət başçısı tərəfindən nəzərə alınacaqdır”. N.Şirinova bizdən isə xahiş edir ki, onun prezidentə ünvanladığı şikayət məktubunu qəzetimizdə dərc edərək ictimailəşdirək”.

Şöbə müdirinin reaksiyasını gözləyirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • İbrahim
    Dekabr 9, 2010 - 00:54

    Salam men Gəncə şəhərində yaşayıram, menimde QAZ İstismarı idarəsi ilə bağlı cənab Prezidentimizə şikayətim var. Xahiş edirəm ki, mənə köməklik edəsiz məndə bir şikayət ərizəsi yazım. Yani ərizəni yazdıqdan sonra hara, kimə verim və ya necə yollayım. Sizdən cavab gozleyirem

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər