Sumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib
Hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. (report.az)