Sumqayıt sakini kirvəsi tərəfindən qətlə yetirilib

987

Azərbaycanın Sumqayıt şəhərində qətl törədilib

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb. Abşeron sakini, 39 yaşlı Natiq Vilayət oğlu İsmayılov kirvəsi olduğu, Sumqayıt sakini, 32 yaşlı Elvin Fikrət oğlu Hüseynovu bıçaqlayıb. 10-a yaxın bıçaq zərbəsi alan E.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.   Hadisəni törədən N.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi mübahisə zəminində baş verib.   Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər