Sumqayıt sakini sərxoş vəziyyətdə metroda yıxılaraq xəsarət alıb - FOTO

1239

Bir qədər əvvəl metronun bənövşəyi xəttinin (“Avtrovağzal” stansiyasına gedən) “Memar Əcəmi” stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər