Sumqayıt sakini özünü güllələyib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Hadisə Sumqayıt şəhəri, Xəzər bağlar massivində qeydə alınıb. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Kərim Əsgər oğlu Əliyev yaşadığı bağ evində özünə məxsus tüfənglə ağzından atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.