Sumqayıt sakini özünü su kanalında boğub.

996

Onun meyidi kanalda tapılıb

Ötən gün Siyəzənda daha bir yaşlı qadın intihar edib. Siyəzən rayon prokuroru Murad Kazımovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 60 yaşlı Sumqayıt sakini özünü su kanalında boğub.

Belə ki, 1952-ci il təvəllüdlü Qızxanım Mədətovanın meyidi Samur-Abşeron kanalında tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimallara görə qadın intihar məqsədilə özünü kanala atıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, son günlərdə Siyəzənda intihar hadisəsi adi hal alıb. Belə ki, 2 gün ərzində Siyəzənda artıq 3 qadın intihar edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər