Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Aslan Məmmədov Sumqayıt şəhər sakini K.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.