Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqladı

2410

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində olub.

Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisə ilə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün saat 16 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib: “Cavab olaraq abonent işçiyə bildirib ki, “sənə demişəm mənim qapımı döymə”. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma həmin şəxs əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib”.

İdarədən A.Balayevin vəziyyətinin hazırda normal olduğu bildirilib: “O dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq”.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər