Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini A.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.