Sumqayıt sakini qohumunun evində dəm qazından boğularaq ölüb

708

Sumqayıt şəhərində dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında Təzə Corat qəsəbəsi, 79-cu məhəllə, ev 244 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumun evinə qonaq gələn, Sumqayıt şəhər sakini, 46 yaşlı Ədalət Xankişiyev hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər