Saat 20.00 radələrində Sabirabad rayonu ərazisində, Şıxsalahlı kənd sakini Səməd Məmmədovun idarə etdiyi “VAZ-21061” markalı və Sumqayıt şəhər sakini Emin Ələsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomaşınlar toqquşmuş, sonradan S.Məmmədov idarəetməni itirərək avtomaşınını İmişli şəhər sakini Yadigar Həsənovun idarə etdiyi “Toyota Prado” markalı avtomaşına çırpmışdır. Nəticədə S.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Sumqayıt sakini Sabirabadda qəzaya düşdü
•
852